Ayxan Abbasov məmnundu: "Müdafiədəki inamlı oyunumuz xal qazanmağımızı şərtləndirdi"

Topaz Premyer Liqasının VII turunun son oyununda səfərdə “Qarabağ”la qolsuz bərabərliyə qalan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Mütəxəssis müdafiə xəttinin oyunçuların xüsusi qeyd edib.

-    Bİlirdik ki, bizi çətin oyun gözləyir. Buna da hazır idik. Sevinirik ki, ilk dövrəni məğlubiyyətsiz bitirdik. Bu gün futbolçular tapşırıqlarımızı böyük ölçüdə yerinə yetirdilər. Yalnız son dəqiqələrdə bir səhvə yol verdilər. Məhz müdafiədəki inamlı oyunumuz xal qazanmağımızı şərtləndirdi.

-    “Zirə” 8 oyundu “Qarabağ”a qol vura bilmir. Bu görüşlərdən 3-ü sizin rəhbərlik altında olub. Komandada “Qarabağ”a qarşı psixoloji problem var?
-    Bunun əsas səbəbi “Qarabağ”ın səviyyəsidi. Onlara qol vurmaq asan deyil.

-    Komandanızın çempionatda inamlı çıxışına avrokuboklarda qazandığınız təcrübə kömək edirmi?
-    Əlbəttə! Biz gənc komandayıq və çalışırıq ki, hər bir oyundan maksimum təcrübə toplayaq.