Almaniya - Azərbaycan matçı islandlara tapşırıldı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Almaniya - Azərbaycan matçının hakim təyinatları açıqlanıb. UEFA bu qarşılaşmaya islandiyalı hakimlər briqadasını təyin edib. 

Baş hakim Vilhyalmur Torarinsson olacaq. Ona yan xətt hakimləri Qilfi Mar Siqurdsson və Frosti Vidar Qunnarsson kömək edəcək. Dördüncü hakim funksiyasını Toroddur Hyaltalin yerinə yetirəcək.
 
Qeyd edək ki, oktyabrın 5-də “Frendşaft” stadionunda keçiriləcək Almaniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.