Azərbaycan - Çexiya oyunundan öncə AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Oktyabrın 5-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Saat 18:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək toplantının gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 

1. “Region Liqası”-nın Əsasnaməsinin layihəsinin müzakirəsi
2. 2017-18-ci il mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək üçün tətbiq olunacaq Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2017) dəyişikliklərlə bağlı təkliflər
3. Digər məsələlər

Xatırladaq ki, sabah saat 20:0-da həmin arenada Azərbaycan - Çexiya matçı keçiriləcək və bu, Rəşad Sadıqovun kapitanı olduğu millimizdə vida matçı olacaq.