UEFA Sadıqova hazırlanan sürprizə imkan vermədi - FOTO

Azərbaycan millisi sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya millisini qəbul edəcək. Həmin matçda millidə vida oyununu keçirəcək Rəşad Sadıqov da mətbuat konfransında iştirak edib.

Mətbuat konfransında millimizin kapitanı üçün sürpriz hazırlanmışdı. Belə ki, orada iştirak edən jurnalistlərə Sadıqovun maskası paylanmışdı. Ancaq UEFA nümayəndələri mətbuat konfransında maskaların taxılmasına icazə vermədiyindən, sürpriz baş tutmayıb.