Sadıqov millimizin yeni kapitanını açıqladı

Azərbaycan milli komandasının yeni kapitanı müəyyənləşib. Sabah Çexiya yığmasıyla Bakı Olimpiya Stadionundakı matçda millimizdə vida matçmını keçirəcək Rəşad Sadıqov bundan sonra yığmada sarğını Rahid Əmirquliyevin daşıyacağını açıqlayıb: "Onun bu missiyanın öhdəsindən layiqincə gələcəyini düşünürəm. Həm Rahidə, həm baş məşqçiyə, həm də millimizə uğurlar arzulayıram".

Xatırladaq ki, 28 yaşlı Əmirquliyev millimizdə 2007-ci ildən çıxış edir.