Rahid Əmirquliyev: "Son ev oyununda azarkeşlərimizi sevindirmək istəyirik"

Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyunu olan Çexiya yığmasına ilə matç öncəsi mətbuat konfransında iştirak edib.  "Qarabağ"ın yarımmüdafiəçisi çox güclü rəqiblə qarşılaşacaqlarını bildirib: “Çexiya yığması turnir cədvəlində bizdən 1 pillə geridə olsa da, çox güclü rəqibdi. Onları yaxşı təhlil etmişik. Sonuncu ev matçına çıxacağıq. Buna görə də, azarkeşlərimizi sevindirmək istəyirik. İnşallah, yaxşı nəticə göstərəik”.