Millimizin Çexiya ilə matça start heyəti açıqlandı: İki zədəli futbolçu hər iki oyunu buraxacaq

Sabah Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya yığmasını qəbul edəcək. Millimizin baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında ənənəsinə sadiq qalaraq sabah şans verəcəyi start heyətini açıqlayıb. 

Xorvat mütəxəssis sabah baş tutacaq oyunda ilk dəqiqələrdən bu heyətə güvənəcək:

Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Riçard Almeyda, Dmitri Nazarov, Cavid Hüseynov, Əfran İsmayılov, Ruslan Qurbanov.

Prosineçki zədəli olan futbolçular - Maksim Medvedev və Araz Abdullayevin həm Çexiya, həm də Almaniya ilə matçlarda oynamayacağını bildirib.