Araz Abdullayev də milli komandadan ayrıldı

Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində bu gün Çexiya, oktyabrın 8-də Almaniya ilə keçirəcəyi oyunlar öncəsi daha bir ciddi itki ilə üzləşib. Araz Abdullayev zədəli olduğu üçün millinin düşərgəsini tərk edib.

Qeyd edək ki, daha öncə Maksim Medvedev də yığmamızın düşərgəsini zədə səbəbindən tərk etmişdi.