2-ci turun oyunlarına hakim təyinatları açıqlandı

Oktyabrın 7-də Bakı İdman (Əl oyunları) Sarayında keçiriləcək Yüksək Liqanın 2-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb. Sizi həmin təyinatlarla tanış edir:

14:30. “Yasamal” – “Araz” (canlı, CBC Sport)
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Elçin Səmədli 
Hakim-inspektor: Rafiq Pənahpur. 

16:00 “FK. İ.D. Futsal” – EKOL
Hakimlər: Elçin Səmədli, Əli Cəbrayılov, Kənan Məlikov 
Hakim-inspektor: Aydın Gözəlov.

17:45 “Marafon Futsal” – “Xəmsə”
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Yusif Nurullayev 
Hakim-inspektor: Şahin Cəfərov.