Azərbaycan Kubokunun püşkatmasının vaxtı açıqlandı

Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. 18 komandanın (Topaz Premyer Liqası 8, Azərbaycan I Divizionu 10 komanda ilə təmsil olunur) iştirak edəcəyi Azərbaycan Kubokunun püşkatması oktyabrın 6-da saat 13:00-da AFFA-nın inzibati binasında reallaşacaq.

Xatırladaq ki, ölkə kubokunun son 3 mövsümdə qalibi "Qarabağ"dı.