AFFA prezidentindən Rəşad Sadıqova hədiyyə - FOTO

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsinin son ev oyununu keçirib. Çexiya yığması ilə qarşılaşmadan əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqova milli karyerasını başa vurması ilə əlaqədar hədiyyə təqdim edib, millidə keçirdiyi oyunlara görə futbol ictimaiyyəti adından futbolçuya minnətdarlığını bildirib.