Rövnəq Abdullayev: “Məğlubiyyət heç vaxt sevindirici ola bilməz"

AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandamız DÇ-2018-in seçmə mərhələsində son ev oyununda Çexiyaya 1:2 hesabı ilə uduzduğu görüşü şərh edib.

Olimpsport.az saytına açıqlamasında o, uduzduğumuza görə məyus olduğunu qeyd edib:

“Məğlubiyyət heç vaxt sevindirici ola bilməz. Ona görə də məyusam. Robert Prosineçkinin postunda qalıb-qalmayacağı ilə bağlı qərar hazırkı seçmə mərhələ bitdikdən sonra qərar veriləcək”.