"Qarabağ"ın qonaqlı məşqi - FOTOLAR

“Qarabağ” Topaz Premyer Liqasının ikinci dövrəsinə hazırlığı davam etdirir. Ağdam klubunun bu gün baş tutan məşqində komandanın qonaqları da olub.

Belə ki, Bakı Autizm İdman və Yaşam klubu komandanın düşərgəsini ziyarət edib, futbolçularla görüşüb və məşqdə iştirak edib. Görüş xoş anlarla yadda qalıb, sonda isə komanda ilə xatirə şəkili çəkdirilib.

Görüşdən fotoreportajı təqdim edirik: