Qurban Qurbanov: “Prosineçkinin məsələsi müzakirə edilmədi”

“AFFA İcraiyyə Komitəsinin budəfəki iclasında çox ciddi məsələlər müzakirə olunmadı. Ona görə də toplantı tez yekunlaşdı”.

Olimpsport.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov deyib.

Qurbanov toplantıda əsasən Regional liqa və lisenziyalaşdırma ilə bağlı məsələlərin müzakirə olunduğiunu bildirib.

“Toplantıda Robert Prosineçkinin millidəki gələcək taleyi ilə bağlı məsələ müzakirə olundumu” sualını “Qarabağ”ın çalışdırıcısı belə cavablandırıb: “Xeyr, o məsələ ilə bağlı heç bir müzakirə aparılmadı”.