Millimiz Almaniyaya böyük hesabla uduzdu

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün “Freundschaft” stadionunda Almaniya – Azərbaycan oyunu keçirilib. Bu, Samir Ələkbərovun millimizin baş məşqçi postunda debütü olub. 

Onun siftəsi çətin matça təsadüf edib. Cari seçmə mərhələdə hələ ki xal üzünə həsrət qalan U-21 millimiz bu görüşdə də məğlubiyyətlə üzləşib. Futbolçularımız meydanı biabırçı məğlubiyyətlə tərk ediblər. 

AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup

6 oktyabr

Almaniya – Azərbaycan 6:1
Qol: F.Oxs, 8; 37. M.Dahud, 34. A.Krivostyuk, 53-öz qapısına. M.Hartel, 72. S.Toyxert, 83 - İ.Səfərzadə, 86.
Baş hakim: Vilyalmur Torarinsson.
Kotbus. “Frendşaft” stadionu.

Almaniya: 1. Aleksandr Nübel, 2. Benjamin Henriks, 3. Lukas Klostermann, 4. Conatan Ta (k), 5. Timo Baumqartl, 8. Mahmud Dahud, 9. Feliks Platte, 11. Sedrik Toyxert, 15. Filipp Oxs, 18. Marsel Hartel, 20. Tilo Kerer.
Ehtiyat oyunçular: 12. Svend Brodersen, 13. Maksimilian Eggeştayn, 14. Paskal Ştentsel, 17. Florian Noyhaus, 19. Yohannes Valdşmidt, 22. Yanni Serra.
Baş məşqçi: Ştefan Kunts.
Azərbaycan: 12. Mustafa Özhitay, 2. Serkan Taşkın, 4. Bəhlul Mustafazadə (k), 5. Serkan Baloğlu, 7. Ehtiram Şahverdiyev, 8. Qismət Alıyev, 11. Budaq Nəsirov, 16. İlyas Səfərzadə, 18. Anton Krivostyuk, 19. İlkin Sadıqov, 21. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 3. Vüqar Həsənov, 14. Pərviz Qaraxanov, 15. Oleq Hüseynov, 17. Əlibəy Məmmədli, 20. Eltun Turabov, 23. Fəhmin Muradbəyli.
Baş məşqçi: Samir Ələkbərov.