Prosineçki Almaniya mətbuatına danışdı: "Belə şəraitdə millidə uğur qazanmaq çətindir"

“Bəli, bu bir xəyaldır. Azərbaycan dünya çempionatı və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün çox çalışmalıdır. Həqiqətən, belə ölkədə bu uğuru qazanmaq çətindir”. Bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniya yığmasına qarşı keçirəcəkləri oyundan öncə müsahibə verib. Elə Almaniya mətbuatına danışan xorvat mütəxəssis yığmamızla uğurların çətin olacağaını deyib: “Azərbaycan kiçik futbol ölkəsidir. Burada çempionatda cəmi 8 komanda var. Belə mübarizədə milli ilə uğur qzanmaq da çətindir. Mən burada işə başlayanda dünya reytinqində 135-ci idik. İndi isə 93-cü  yerdəyik. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynayır. Burada gənc istedadlı uşaqlar var. Amma onlara zaman lazımdır. Hələ təkmilləşməlidirlər”.

Prosineçki Almaniyaya qarşı matçın onun üçün xüsusi olduğunu bildirib: “Almaniyaya qarşı matç mənim üçün xüsusidir. Gənclik illərimdə “Şttuqart”da çıxış etmişəm. Almaniya mənə doğma ölkədir. Dünya çempionlatı ilə matçda əlimizdən gələni edəcəyik”.