Maşallah Əhmədov azadlıqda

Dələduzluqda ittiham olunan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 il azadlıqdan məhrum etdiyi, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza müddəti iki ilə endirilən veteran fubolçu Maşallah Əhmədov dünən azadlığa qovuşub. Bu haqda bilgini “Neftçi”nin sabiq “10 nömrə”sinin oğlu Tərlan Əhmədovdan aldıq. Tərlan bəyin sözlərinə görə, atasının azadlığa çıxmasına iki ay qalsa da, veteran futbolçu cəzanın dörddəüçünü çəkdiyinə görə azad olunub. Xatırladaq ki, Əhmədov dəmir barmaqlıqlar arasında olduğu müddətdə əfv ərizəsi də yazmışdı.
Yaxın günlərdə Maşallah bəylə geniş müsahibəni diqqətinizə çadıracağıq.(futbol+)