Millimiz Serbiyaya uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupu çərçivəsində növbəti matçına çıxıb.  Təbriz Həsənovun çalışdırdığı komandamız bu dəfə Serbiya ilə qarşılaşıb. Beş qolun vurulduğu oyun komandamızın məğlubiyyəti ilə başa çatıb.

Millimiz İrlandiyada keçirilən bu qrupun ilk turunda məhz meydan sahibləri ilə qarşılaşıb və qolsuz heç-heçəyə razılaşıb. Serbiya isə ilk turda Kipri minimal hesabla məğlub edib.

Bu gün qrupun digər matçında İrlandiya Kirplə qarşılaşacaq.

AÇ-nin seçmə mərhələsi
7-ci qrup

7 oktyabr

Serbiya – Azərbaycan 4:1
Qol: Yovanoviç, 36; 52. Terziç, 73. Maksimoviç, 83 - Bahadur Həziyev, 90-pen.
Hakim: Ferens Karako (Macarıstan)
Ueksford. “Ferrikarriq Park” stadionu.