Ndlovu oynadı, CAR qələbə qazandı

DÇ-2018-in seçmə mərhələsinin Afrika zonasında növbəti oyunlar keçirilib. “Qarabağ”ın hücumçusu Dino Ndlovunun şərəfini qoruduğu CAR millisi D qrupunda Burkina-Fasonu qəbul edib. Qarşılaşma cənubi afrikalıların 3:1 hesablı qələbəsi ilə nəticələnib. 

Uzun müddətdən sonra yığmaya dəvət alan Ndlovu matçın 86-cı dəqiqəsində meydana daxil olub.

4 oyundan sonra hesabında 4 xal olan CAR millisi qrupda sonuncu pillədə qərarlaşıb. Bir oyun az keçirmiş cənubi afrikalılar lider Burkina-Fasodan cəmi 2 xal geri qalır.