Dmitri Nazarov: "Almanları hirsləndirə bilmişik"

Martda Bakıda keçirdiyimiz oyunu yada salıram. Həmin matçda qol vurub, almanları hirsləndirə bilmişdik. Oyundan sonra rəqib futbolçular bizdən belə oyun gözləmədiklərini dedilər. Məncə, bundan yaxşı kompliment ola bilməzdi”.  Bu sözləri Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniya yığması ilə səfərdə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib. 

Yarımmüdafiəçi bildirib ki, Almaniya ilə görüşə inamla çıxacaqlar: "Hər bir futbolçu belə oyundan həzz almalıdır. Üstəlik, bu, son oyunumuzdur. Rəqibin adından asılı olmayaraq, oyuna inamla çıxacağıq. 30 min azarkeş önündə çıxış edəcəyik. Futbolçu üçün bundan böyük stimul ola bilməz. Hesabın necə olacağını 90 dəqiqənin sonunda biləcəyik".