Millimiz qrup liderinə qarşı

Bu gün Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində son oyununa çıxacaq.   Robert Prosineçkinin komandası qrup lideri Almaniyanın qonağı olacaq. 

 Dünya çempionatı vəsiqəni daha əvvəl təmin edən Bundestim seçmə mərhələdə hələ ki xal itirməyən 2 komandadan biridi. Yığmamız isə 10 xalla 5-ci pillədədi.  


DÇ-2018, seçmə mərhələ

X tur

8 oktyabr

C qrupu


22:45. Almaniya - Azərbaycan  
Baş hakim: 
Andris Treimanis
Yan xətt hakimləri: Haralds Gudermanis, Aleksejs Spasjonnikovs
Dördüncü hakim: Aleksandrs Golubevs (hakimlər Latviyadandır)
Kayzerslaytern. “Fritz Valter Stadion”