“Binə” və MOİK səfərdə, “Şüvəlan” evdə qələbə qazandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2-ci tura yekun vurulub.

Son oyun günündə üç görüş baş tutub.

“Mil-Muğan” doğma meydanda “Binə”yə, “Zaqatala” da MOİK-ə məğlub olub. “Şüvəlan” isə “Ağsu”nu darmadağınla yola salıb.

Birinci Divizion
2-ci tur

8 oktyabr

“Mil-Muğan” - “Binə” 0:2
Qol: Məhərrəm Hüseynov, 6; 76.
İmişli. Heydər Əliyev adına şəhər stadionu.

“Zaqatala” - MOİK 1:3
Qol: Hacı Əhmədov, 73 - Bəhruz Teymurov, 3; 57. Kamil Nurəhmədov, 64.
Zaqatala. Şəhər stadionu.

“Şüvəlan” - “Ağsu” 3:0
Qol: Vadim Abdullayev, 8. Yuri Qolubko, 32. Şahin Əliyev, 90+4-pen.
Bakı. “AZAL Arena”.

Turun digər oyunları: “Xəzər” - “Turan Tovuz” 4:0, “Qaradağ Lökbatan” - “Sabah” 2:1.