Millimiz seçmə mərhələni darmadağınla bitirdi

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində son oyununa çıxıb.  Robert Prosineçkinin komandası qrup lideri Almaniyanın qonağı olub. 

 Dünya çempionatı vəsiqəni daha əvvəl təmin edən Bundestim seçmə mərhələni xal itirmədən bitirən 2 komandadan biri olub. Yığmamız isə 10 xalla 5-ci pillədə qərarlaşıb.


DÇ-2018, seçmə mərhələ

X tur

8 oktyabr

C qrupu


22:45. Almaniya - Azərbaycan 5:1 

QOLLAR: Leon Qoretska, 9, 66, Sandro Vaqner, 55, Antonio Rudiger, 64, Əmrə Can, 81 - Ramil Şeydayev, 34
Baş hakim: 
Andris Treimanis
Yan xətt hakimləri: Haralds Gudermanis, Aleksejs Spasjonnikovs
Dördüncü hakim: Aleksandrs Golubevs (hakimlər Latviyadandır)
Kayzerslaytern. “Fritz Valter Stadion”.

Almaniya: 12. Bernd Leno, 2. Şkodran Mustafi, 6. Niklas Şüle, 9. Sandro Vaqner, 10. Lars Ştindl, 13. Tomas Müller (k), 14. Əmrə Can, 18. Coşua Kimmix, 19. Leon Qoretska, 20. Yulian Brandt, 23. Leroy Sane.
Ehtiyat oyunçular: 1. Kevin Trapp, 22. Mark-Andre ter Ştegen, 3. Marvin Plattenhardt, 4. Mattias Ginter, 5. Mats Hummels, 15. Amin Yunes, 16. Antonio Rudiger, 17. Jerom Boatenq, 21. Sebastyan Rudi.
Baş məşqçi: Yoahim Löv.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 18. Təmkin Xəlilzadə, 19. Rahid Əmirquliyev (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 4. Pavel Paşayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov, 17. Mahir Mədətov, 21. Tərlan Quliyev.
Baş məşqçi: Robert Prosineçki.