Millimiz Çernoqoriyaya da da qalib gələ bilmədi

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Siyasət Əsgərovun yetirmələri 3-cü qrupun son turunda “Dalğa Arena”da Çernoqoriya yığması ilə qarşılaşıb.

İki qolun vurulduğu oyunda hesabı rəqib açıb. Millimiz elə ilk yarıdaca buraxılan qolun əvəzini çıxmağı bacarmasına rəğmən, bundan artığına gücü çatmayıb. Komandamızın yeganə qolunu Nigar Mirzəliyevə vurub.

Qeyd edək ki, millimiz ilk turda İslandiyaya 0:2, ardından İspaniyaya 0:3 hesabıyla uduzmuşdu. Çernoqoriya isə startda ispanlara 0:22, islandlara da 0:5 hesabıyla məğlub olmuşdu.

Qrupun favoritləri isə ilk pillənin sahibini müəyyənləşdirmək üçün üz-üzə gəliblər. Üç qolun vurulduğu oyunda İslandiyanı məğlub edən İspaniya yüz faizlik nəticə ilə qrup qalibi olub.

Çernoqoriya - Azərbaycan 1:1
Baş hakim: Lusie Şultsova (Çexiya).
Bakı. “Dalğa Arena”.

Azərbaycan: 12. Nərgiz Əliyeva, 4. Nigar Mirzəliyeva, 5. Lamiyə Qurbanova, 7. Ləman Niftəliyeva, 8. Aytac Nemətova (k), 9. Sona Rəhimova, 10. Melis Ersoy (14. Coşqunə Əliyeva,77), 16. Umnisə Əliyeva, 17. Beyzanur Aslan, 18. Gizem Arik (15. Minarə Gözəlova, 68), 19. Nərmin Əhmədli (11. Anna Abulaşvili, 37). 
Ehtiyat oyunçular: 1. Elvira Əskərzadə, 2. Nigar Əhmədova, 3. Gövhər Məmmədova, 6. Pinar Ceri, 13. Fidan Abdulrəhmanova, 20. Gülşən Eldarova.
Baş məşqçi: Siyasət Əsgərov.
Çernoqoriya: 1. Nikolina Perunoviç, 2. Yelena Toşiç, 3. Yelena Sariç, 6. Djenita Ramçiloviç, 7. Ana Knejeviç, 8. Enida Boşnyak, 9. Boyana Miloviç, 10. Yelena Karliçiç (k), 11. Durdevaç Nada, 14. Yovana Miladinoviç, 15. Nikolina Cakoviç.
Ehtiyat oyunçular: 12. Lilyana Potpara, 4. Mariya Maraş, 5. Miliça Raduloviç, 13. Mayda Dreşeviç, 16. Maya Miletiç, 17. İvana Veskoviç, 18. İvana Veskoviç.
Baş məşqçi: Derviş Haciosmanoviç.

İslandiya - İspaniya 1:2
Baş hakim: Liliya Həsənova (Qazaxıstan).
Bakı Olimpiya stadionu, 2-ci meydança.

İspaniya - 9, İslandiya - 6, Azərbaycan - 1, Çernoqoriya - 1.