Prosineçkiyə ən ağır zərbə

Azərbaycan milli komandası Robert Prosineçkinin baş məşqçiliyi altında ən ağır məğlubiyyətini alıb. Bu, başa çatan seçmə mərhələnin son oyununda - Almaniya yığmasıyla səfər matçında 1:5 hesabıyla olub. 

Doğrudu, millimiz həmin seçmə mərhələdə 4 top fərqi ilə uduzmuşdu. Bu, Şimali İrlandiya yığmasıyla səfər matçı olub. Onda 0:4 hesabı ilə məğlubiyyət olubsa, bu dəfə daha çox top buraxmışıq. 

Prosineçki ilk seçmə mərhələsində böyük hesabla uduzmamışdısa, bu dəfə 3-nü aldı. Daha bir bunadək olan son böyükhesablı məğlubiyyət idi ki, bu martın 26-da Almaniya yığmasına Tofiq Bəhramov adına Respublika stadionunda 0:4 hesabıyla olmuşdu. Bundestum 48 yaşlı xorvatiyalı mütəxəssisi 196 gün sonra Kayzerslauterndə darmadağına məruz qoydular. 

Maraqlıdır ki, təkcə Prosineçkinin yox, millimizin tarixində seçmə mərhələdə ən böyühesablı qələbə də 5:1 hesabıyla olub. Bu, sentyabrın 4-də "Bakcell Arena"da San-Marino üzərində 5:1 hesablı qələbə idi. 

Prosineçki müqaviləsi başa çatan millimizi 22 oyuna çıxarıb ki, bunlardan 15-i rəsmi oyun, 7-i yoldaşlıq görüşü olub. O, ilk böyükhesablı məğlubiyyəti yoldaşlıq görüşündə olub. Bu, 2015-ci ilin iyunun 6-da Avstriyada Serbiyadan 1:4 hesabıyla olub və xorvatiyalı mütəxəssisin millimizdə ümumiyyətlə, ilk məğlubiyyəti olub. Onun vaxtında yığmamız 6 dəfə qələbə sevinci yaşayıb, 6 heç-heçə edib və 11 məğlubiyyət alıb.