Ramil Şeydayev: "Nəhayət, milli komandam üçün ilk qolumu vura bildim"

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev DÇ -2018-in seçmə mərhələsində Almaniyaya qarşı matçda (1:5) vurduğu qolu qısaca şərh edib.  21 yaşlı hücumçu sosial şəbəkədəki şəxsi hesabında qolun videosunu paylaşaraq bunları yazıb: "Nəhayət ki, milli komandam üçün ilk qolumu vura bildim. Təəssüf ki, komandanın vuruşmağına baxmayaraq, böyük hesabla məğlub olduq. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm!". 

Xatırladaq ki, Şeydayev baxımlı qola imza ataraq hesabı bərabərləşdirib.