"İmarət" Rəşad Sadıqovu tələbələrlə görüşdürəcək

Hər zaman maraqlı ideyaları həyata keçirməklə diqqət çəkən “İmarət” fan-klubu bu dəfə də fəaliyyəti ilə seçiləcək. “Qarabağ”ın bir nömrəli azarkeş qrupu oktyabrın 12-də saat 11:00-da Azərbaycan Turizm və Menecment Universitetində tədbir təşkil edəcək. Tələbələrlə görüşə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla kapitan Rəşad Sadıqov gələcək.

Görüşdə “Qarabağ” Futbol Klubunun tarixi və inkişafı, həmçinin “İmarət” Azad Azarkeş Qrupunun ideologiyası gənclərə izah ediləcək. Görüşün əsas məqsədi qəlbi Qarabağ sevgisi ilə döyünən hər bir gənci tribunada bir ad altında birləşdirməkdir.

“İmarət”in planı hər ay bir ali təhsil ocağında belə tədbir keçirməkdir.