Millimiz 6 cavabsız qolla uduzdu

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Futbolçularımız Bolqarıstanın Qorna Oreçovitsa şəhərindəki "Lokomotiv" stadionunda İrlandiya yığması ilə qarşılaşıb. Qarşılaşma millimiz üçün uğursuz alınıb. Belə ki, Mirbağır İsayevin çalışdırdığı komandamız 6 cavabsız qolla uduzub.
  
Millimizin yer aldığı 11-ci qrupun digər oyununda Bolqarıstan Ukrayna ilə üz-üzə gələcək.

AÇ-nin seçmə mərhələsi
11-ci qrup

10 oktyabr

İrlandiya - Azərbaycan 6:0
Qol: A.İdah, 6; 24; 58. Ş.Brennan, 36. M.Mörfi, 38. T.Rayt, 43.