"Qarabağ" rəsmisi Avropa Klublar Birliyinə üz seçildi

“Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) Yarış İşçi Qrupuna (Competition Working Group) üzv seçilib. Klubun rəsmi saytı öz namizədliyini irəli sürən 47 nəfər arasından seçilən 6 şəxs arasında Əsgərovun da yer aldığını açıqlayıb. 

Qeyd edək ki, Yarış İşçi Qrupuna “Real”dan Emilyo Butragueno, PAOK-dan Lugoş Mixel, “Qalatasaray”dan Cenk Ergün, “Yuventus”dan Ruzo Lombardo, “Malmö”dən Nikas Karlsson və “Qarabağ”dan Asif Əsgərov seçilib.