Ruslan Abışov üçün əlamətdar gün - TƏBRİK

Bu gün Azərbaycan milli komandasının futbolçudu Ruslan Abışov üçün əlamətdar gündü. "Neftçi"nin kapitanı 30 illik yubileyini qeyd edir. Bu klubun yetirməsi olan Ruslan 2 müxtəlif vaxtda onun şərəfini qoruyub. O, eyni zamanda "Xəzər Lənkəran", "Qəbələ", "İnter" və Rusiyada "Rubin" klubunda oynayıb. Azərbaycan çempionu və kubokunun qalibi olan, "Neftçi"ylə "qızıl dubl" edən müdafiəçi U-23 yığmasının heyətində bu il İslamidada kapitan kimi çempionluq qazanıb. 

Abışov 2009-cu ildən çıxış etdiyi millimizdə 50 oyuna 4 qol vurub. O, son matçda Almaniyaya qarşı səfərdə oynamaqla bu il millimizdə ilk qarşılaşmasını keçirib və bu, onun üçün yubiley olub. Göründüyü kimi, Ruslan 2 gündə 2 yubiley qeyd edir. 

Ad günün mübarək, Ruslan!