Ruslan Abışovu Super Liqa ulduzları təbrik etdi - VİDEO

"Neftçi"nin və Azərbaycan millisinin üzvü Ruslan Abışov doğum günündə Türkiyədə təbriklər alıb.  30 illiyini qeyd edən "ağ-qaralar"ın kapitanını bu münasibətlə təbrik edən şəxslər arasında "Beşiktaş" və "Qalatasaray"ın aparıcı futbolçuları da olub.

Super Liqada top qovan Cenk Tosun, Gökhan Gönül, Tolqay Arslan, Alvaro Neqredo, Jermen Lens, Matey Mitroviç, Fabri və Yasin Öztekin kimi ulduzlar Ruslanı təbrik edənlər siyahısında olub.