"Atletiko"nun Bakıya səfər proqramı bəllidi

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində növbəti rəqibi olan “Atletiko”nun səfər proqramı müəyyənləşib.  Bakıya oktyabrın 16-da çarter reysilə gələcək madridlilər oyun bitən kimi - oktyabrın 18-dən 19-a keçən gecə geri dönəcək. Dieqo Simeonun komandası paytaxtımızda ilk və son məşqini oktyabrın 17-də "Qarabağ"la üzləşəcəyi Baı Olimpiya Stadionunda edəcək.  

İspaniya klubunun Bakıda məskunlaşacağı yer də bəllidi. Belə ki, “Atletiko” paytaxtımızda qalmaq üçün “Hilton” otelini seçib.