Kubokun ilk oyunları üçün hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin oyunları üçün bütün təyinatlar məlum olub. Sizi həmin təyinatlarla tanış edirik:

Azərbaycan Kuboku
1/16 final

11 oktyabr (çərşənbə)

“Ağsu” – “Mil-Muğan”
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Nahid Əliyev, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Ağsu şəhər stadionu, 14:00.

MOİK – “Turan Tovuz”
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Rüfət Əliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Bakı” FK-nın təlim-məşq  bazasının stadionu, 14:00.