Millətlər Liqasında Kosovo ilə fərqli qruplara salınacağıq? - AFFA-dan rəsmi cavab

Millətlər Liqasında Azərbaycan yığmasının D səbətində yer alması potensial rəqiblər arasında tanımadığımız Kosovo millisini də salıb. Ermənistanla məlum münaqişəyə görə eyni qrupda yer almayacağımız əvvəlcədən məlumdu. Bəs, Kosovo ilə necə, FİFA bunu nəzərə alacaqmı?

Mövzuyla bağlı sualı cavablandıran AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məsələyə tam aydınlıq gətirdi: “Gələn ay U-21 yığmamız Kosovo ilə Avropa çempionatının seçmə mərhələsində üz-üzə gələcək. Bununla bağlı Xarici İşlər Nazirliyinə müraciət etmişik və müsbət cavab almışıq. Kosovo FİFA-nın üzvüdü və biz onların yığma komandasını ölkəmizə qəbul edəcəyik”.

Göründüyü kimi, FİFA Millətlər Liqasının püşkatması nəticəsində Azərbaycan və Kosovo yığmaları eyni qrupda yer ala bilərlər.(sport24)