Azərbaycan Kubokunda ilk 1/8 finalçılar bilindi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2017/18 mövsümünə start verilib. Kubokun yeni mövsümü 1/16 final mərhələsindən start götürüb. 

Bu mərhələdə I Divizionun 4 komandası 1/8 finala son 2 vəsiqə uğrunda mübarizə aparıb. "Ağsu” "Mil-Muğan”ı, MOİK isə "Turan Tovuz”u qəbul edib. Bu mərhələdə qaliblər bir oyunda müəyyənləşir. "Mil-Muğan" səfərdə mərhələ adlayıb. Ancaq ötən mövsümün qalibi olan "Turan Tovuz" buna rəqib meydanında nail ola bilməyib. MOİK Əsgər Abdullayevin komandasını kubokda dayandırıb. 

Qeyd edək ki, 1/8 finalda "Mil-Muğan” "Qəbələ”ylə, MOİK "İnter”lə qarşılaşacaq. 

Azərbaycan Kuboku
1/16 final

11 oktyabr 

"Ağsu” - "Mil-Muğan” 0:1 

Qol: Vasif Mehrəliyev, 80

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Nahid Əliyev, Ramiz Məhərrəmov.
Ağsu şəhər stadionu.

“Ağsu”: 12. Şamo Həsənov, 4. Elmixan Məmmədov, 10. Nurlan İsbəndiyarov, 2. Qüvvət Əmrahov, 18. Adil Tağıyev, 19. Ramil Əliyev (k), 16. Elnur Mustafazadə, 15. Vüsal İbrahimov, 17. Malik Babayev, 6. Cavid Nuriyev, 14. Əlimərdan Əlimərdanlı.
Ehtiyat oyunçular: 22. Novruz Rəhimov, 20. Təmraz Əmircanov, 7. İsa Cəbiyev, 3. Fərrux Rəhimov, 9. Əli Bağırov, 5. Rəvan Kərimov, 11. Fərid Həşimzadə.
Baş məşqçi: Rüfət Quliyev.
“Mil-Muğan”: 1. Şöhrət Rəhimov, 16. Elməddin Məmmədov, 23. Comərd Baxşəliyev (k), 8. Anar Babazadə, 4. Zöhrab Məmmədov, 16. Viqar Əlibabayev, 20. İlqar Hüseynov, 3. Vasif Mehrəliyev, 9. Böyükağa Əhmədov, 19. Elməddin Hüseynzadə, 7. Bayram Əliyev.
Ehtiyat oyunçular: 12. Əzəmət Museybov, 6. Nicat Fərəcli, 44. Hüseyn Xəlilzadə, 32. Coşqun Kərimli, 10. Samir Babayev, 25. Çərkəz Həsənov, 11. Afiq Yusifov.
Baş məşqçi: Xalıq Mustafayev.

MOİK - "Turan Tovuz” 2:1 
Qollar: İsmayıl İbrahimli, 13, Qərib İbrahimov, 87 - Elnur Səmədov, 40
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Alik Yunusov.
"Bakı” FK-nın təlim-məşq  bazasının stadionu.

MOİK: 1. Aydın Bayramov, 5. Cəmil Hacıyev, 2. Hüseyn İsgəndərov, 97. Anar Həsənov, 18. Taleh Muradov, 25. Qərib İbrahimov (k), 7. Mirkamil Əliyev, 77. Bəhruz Teymurov, 20. İsmayıl İbrahimli, 21. Kamil Nurəhmədov, 17. Rəhman Musayev.
Ehtiyat oyunçular: 12. İsmayıl Muradov, 8. Fərid Əsədov, 85. İlkin Həsənli, 19. Cavid Həziyev, 90. Tofiq Mikayılov, 70. Elgün Abbaslı, 10. Orxan Həsənov, 9. Cavidan Şükürov, 88. Əli Banişevski.
Baş məşqçi: Ramil Əliyev.
“Turan Tovuz”: 77. Mehman Hacıyev, 8. Seymur Tağıyev (k), 22. Tuqay Alhüseynli, 2. Sənan Qocayev, 14. Eltay Tağıyev, 6. Məhəmməd Ağayev, 10. Emin Zamanov, 7. Elnur Səmədov, 17. Ruslan Tağızadə, 5. Tagim Novruzov, 30. Əziz Hüseynov.
Ehtiyat oyunçular: 1. Natiq Sərhətov, 11. İlkin Rzayev, 4. Cəlal Cəlalzadə, 3. Ayxan Əsədov, 21. Şahin Quluzadə, 15. Muxtar Cəfərov, 18. Elmin Bayramov.
Baş məşqçi: Əsgər Abdullayev.