“10 xala görə bizə tərif dedilər”: Nazarov Almaniya mətbuatına danışdı

Azərbaycan milli komandasının və Almaniyanın II Bundesliqasında çıxış edən "Aue" klubunun futbolçusu Dmitri Nazarov açıqlama verib.

27 yaşlı yarımmüdafiəçi yığmamızın DÇ-2018-in seçmə mərhələsi çıxışı barədə danışıb. Nazarov yığmamızın qrupda 10 xal yığmasına görə, tərifləndiklərini vurğulayıb:

"Biz böyük uğurlar əldə etmişik. Azərbaycan millisi heç vaxt seçmə mərhələlərdə 10 xal toplamayıb. Buna görə çoxlu tərif aldıq. Dünya çempionu Almaniyaya qarşı iki dəfə oynamaq sevindirici idi". Nazarov II Bundesliqanın 10-cu turunda qarşılaşacaqları "Qröyter Fürt”lə səfər görüşünədək zədəsini tam sağaldacağını və meydana çıxmağa hazır olacağını sözlərinə əlavə edib.