"Araz" vahid lider oldu

Futzal üzrə Azərbaycan çempionu “Araz”ın UEFA kubokunun əsas mərhələsində mübarizə apardığı 8-ci qrupda bu gün daha bir oyun baş tutub. Qrup oyunlarına ev sahibliyi edən Rumıniyanın “Deva” klubu Bosniya və Hersoqovina çempionu “Mostar” komandasının sınağa çəkib.

İlk turda “Mostar” “Araz”a 2:5 hesabıyla uduzduğu halda, “Deva” da “St Andreus”a qalib gəlmişdi - 5:2. Lakin Rumıniya çempionu bosniyalılarla görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib – 2:3.

Günün ilk matçında da “Araz” “St Andreus”a 6:4 hesabıyla qalib gəlmişdi. Bu üzdən də təmsilçimiz qrupda vahid liderə çevrilib.

Azərbaycan çempionu son oyununu oktyabrın 14-də “Deva”ya qarşı keçirəcək. 

“Araz” – 6, “Deva” – 3, “Mostar” 3, “St Andreus” – 0.