Azərbaycan millisində türkiyəli məşqçi?

Robert Prosineçki ilə yollarını ayıracağı gözlənilən milli komandamızı türkiyəli məşqçi çalışdıra bilər. Bu Engin Fıratdı.

Sonuncu iş yeri ABŞ-ın “Dallas Siti klubu olan Fıratın yığmamızdan başqa İranın “Saypa” klubu, Moldova və Kosova milliləri ilə adı hallanır. Bu haqda məlumatı Türkiyə mətbuatı yazıb. Amma onun Moldova yığmasına keçməyə daha yaxın olduğu bildirilir.

Qeyd edək ki, yığmamızın baş məşqçisi Prosineçki bir neçə gün əvvəl Xorvatiya mətbuatına verdiyi açıqlamada Azərbaycan millisinin baş məşqçi postundan gedəcəyini bildirmişdi.