Millimiz Ukraynaya qarşı

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının ilkin
seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Mirbağır İsayevin komandası Bolqarıstanda Ukrayna yığması ilə qarşılaşacaq.

Bolqarıstanın Gorna Orechovitsa şəhərindəki "Lokomotiv" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyundan İrlandiya yığmasına 0:6 hesabı ilə uduzub.

13 oktyabr

Avropa çempionatının ilkin seçmə mərhələsi

II tur

17:00. Ukrayna - Azərbaycan
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Baş hakimin köməkçiləri: İbrahim Çağlar Uyarcan (Türkiyə), Miroslav Maksimov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Davidov (Bolqarıstan)