TPL: II dövrə "Qarabağ"ın oyunu ilə başlayır

Bu gün Azərbaycan Premyer Liqasında II dövrənin oyunlarına start veriləcək.

 8-ci turun açılış matçı "İnter Arena"da "İnter" və "Qarabağ" komandalarıa rasında reallaşacaq. Turnir cədvəlinin vahid lideri olan ağdamlılar 5-ci pillədə qərar tutan "İnter" qarşısında büdrəyəcəyi real görünmür.

Qeyd edək ki, turun digər oyunları şənbə və bazar günləri keçiriləcək. 

Premyer Liqa

VIII tur

13 oktyabr (cümə)

15:30. “İnter” - “Qarabağ”
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
“İnter Arena”

14 oktyabr (şənbə)

16:00. “Zirə” - “Kəpəz”
Hakimlər:
 Rəhim Həsənov, Yaşar Abbasov, Cəmil Quliyev, Elvin Əsgərov 
Zirə İdman Kompleksinin stadionu

18:00. “Sumqayıt” - “Qəbələ”
Hakimlər:
 Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, İnqilab Məmmədov
“Kapital Bank Arena”

15 oktyabr (bazar)

18:30. “Səbail” - “Neftçi”
Hakimlər:
 Fariz Yusifov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ramil Diniyev 
“Dalğa Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 6 5 1 0 12-3 16
2 Zirə 7 4 3 0 12-5 15
3 Qəbələ 7 4 1 2 7-8 13
4 Sumqayıt 7 3 1 3 8-10 10
5 İnter 7 2 2 3 7-9 8
6 Səbail 6 2 0 4 4-8 6
7 Neftçi 7 1 1 5 5-9 4
8 Kəpəz 7 1 1 5 5-11 4


Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Vüsal İsgəndərli ("Zirə"), Riçard Qadze ("Zirə"), Baqali Dabo ("Qəbələ"), Amil Yunanov ("Sumqayıt") hərəyə - 3 qol