“Qarabağ”ın hücumçusu sıradan çıxdı

Topaz Premyer Liqasının 8-ci turunda "İnter"lə qarşılaşan "Qarabağ"ın futbolçusu Dino Ndlovu zədələnib. O, vurduğu ikinci qoldan sonra rəqib futbolçu ilə toqquşub. 

Dino final fitindən sonra meydanı məşqçilərin köməyi ilə tərk edib. Onun zədəsinin nə dərəcədə ciddi olduğu hələlik, bəlli deyil.

Qeyd edək ki, “Qarabağ”ın 2:0 hesabıyla qalib gəldiyi oyunda hər iki qolu məhz Ndlovu rəqib qapısından keçirib.