Orxan Sadıqov: “Yeznəmə demişəm mənə iş axtarsın, pul yoxdu”

“İnter”in qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra jurnalistlərə açıqlama verib. O, komandasının 0:2 hesablı məğlubiyyətini şərh edərkən daha çox komandadakı acınacaqlı durumu qabardıb:

 “Bezmişəm. Belə şey olar? Gücümüz çatmır. 80 dəqiqə oynamağı bacarırıq. İkinci qoldan sonra sonra istədim ki, futbolu atam. Danışılası çox şeylər var. Bilirsiz, hamının ailəsi var. Evə çörək aparmalısan. Mənim başqa işim gücüm yoxdu. Başqa iş olsa, gedib işləyərəm. Pul yoxdu. Pul olmayanda, stress başlayır. Bundan sonra oynamaq olar? 2 aydır ki, maaş almırıq. Bir söz deyəcəm, güləcəksiz. İnanırsız ki, toyumu maaşı almamağa görə təxirə salmışam. Dedim ki, məhərrəmlik ayından sonra edərəm. Yeznəmə demişəm mənə iş axtarsın”.