Prosineçki Sloveniyadan təklif aldığını təsdiqlədi: "Bir neçə günə aramızda danışıqlar olacaq"

“Sloveniya millisindən təklif almışam. Bir neçə günə aramızda danışıqlar olacaq”. Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Dekabr ayında AFFA ilə müqaviləsi başa çatacaq mütəxəssis Sloveniya yığmasının çalışdıra biləcəyi ilə bağlı xəbərləri təsdiq edib. Bir neçə gün öncə sloveniyalılardan təklif almadığını deyən xorvat artıq rəsmi müraciətin gəldiyini bildirib: “Danışıqlardan çox şey asıldıır. Özümü bu milliyə hazır sayıram. Sloveniya millisində çox yaxşı oyunçular var. Onlarla uğur qazanmaq mümkündür”.