Samir Abasov: "Halal olsun uşaqlara, bu tempdə davam etmək lazımdı"

Topaz Premyer Liqasının VIII turunda "Sumqayıt" "Qəbələ"ni qəbul edib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb. Oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov oyun haqda danışıb: "Oyun maraqlı keçdi. Yaxşı oynadıq, ikinci hissəni yaxşı oynadıq. Birinci hissəyə də pis başlamadıq. Təssüf ki, qol buraxdıq. Azarkeşlər sona qədər qol gözləyirdi. Halal olsun uşaqlara, bu tempdə davam etmək lazımdı. "Qəbələ" bizə başqa cür oynadı, onagörə də, alınmadı, bəlkə də buna hazır deyilik. Dəyişiklər etməliyik, oyun planı və başqa yöndə dəyişikliklər olacaq".

O, ikinci hissədə taktiki gedişatı dəyişməyini belə izah edib: "Hücumçunun sayını artırdım. Ancaq qol olmadı. Arxada üç müdafiəçi saxlamaqda lüzum görmədim".