“Neftçi”dən ilk darmadağın

Topaz Premyer Liqada 8-ci tura yekun vurulub. Son oyun günündə bir görüş keçirilib.

"Neftçi" səfərdə debütant "Səbail"in qonağı olub. İlk dövrədə bu rəqibinə uduzan "ağ-qaralar" bu dəfə qalib gəlməklə turnir cədvəlində "Səbail"i qabaqlayıb. Bu, eyni zamanda komandanın cari çempionatda ilk böyükhesablı qələbəsi olub. 

Topaz Premyer Liqası
8-ci tur

15 oktyabr (bazar)

“Səbail” - “Neftçi” 0:4 

Qollar: İqnasio Herrera, 17, Uqo Barqas, 32, 77, Rəhman Hacıyev, 65

Qırmızı vərəqə: Derlis Meza Koli, 84 ("Neftçi", ikinci sarı)
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ramil Diniyev 
Bakı. “Dalğa Arena”.

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 8. Aqşin Muxtaroğlu, 11. Elman Taqayev, 17. Vüqar Nadirov (k), 18. Adrian Popoviçi, 23. Ayron Stati, 26. Kamal Qurbanov, 35. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Amit Quluzadə, 6. Murad Ağayev, 10. Nurlan Novruzov, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 20. Elton Yaqublu, 21. Murtuz Abakarov, 69. Renan Telles, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.
“Neftçi”: 94. Rəşad Əzizli, 6. Rəşad Sadiqov, 15. Ruslan Abışov (k), 5. Anton Krivotsyuk, 21. Məhəmməd Mirzəbəyov, 10. Derlis Meza Kolli, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 9. Uqo Barqas, 11. İqnasio Herrera.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 97. Elnur Cəfərov, 16. Pavel Dreksa, 3. Mateo Mujek, 12. Daniel Seqoviya.
Baş məşqçi: Tərlan Əhmədov.

Turun digər oyunları: “İnter” - “Qarabağ” - 0:2, “Zirə” - “Kəpəz” - 3:0, “Sumqayıt” - “Qəbələ” - 0:1.