"Neftçi"nin legionerindən alqışalayiq addım

"Neftçi"nin legioneri İqnasio Herrera alqışalayiq addım atıb. Çilili yarımmüdafiəçi "Qarabağ"da çıxış edən həmkarı, övladını itirən Donald Gerryeyə acısına şərik olduğunu bəyan edib. 

İqnasio bunu Topaz Premyer Liqasının VIII turunda yekun vuran "Səbail"lə matçdan sonra keçirilən brifinqdə açıqlayıb. Herrera ona qarşılaşmayla bağlı sual verilərkən ilk olaraq Donalda körpə qızının dünyasını dəyişməsiylə başsağlığını verməyi özünə borc sayıb: "Əvvəlcə "Qarabağ"ın futbolçusu Donal Gerryeyə ailəsində baş vermiş itkiyə görə səbr diləyir, möhkəm olmasını arzulayıram. Bu, hər bir futbolçunun başına gələcək hadisədi. Acısı bizim acımızdı. Onunla bir yerdəyik, lazım olan köməkliyi etməyə hazırıq".