Prosineçki Türkiyə nəhənginə keçir?

Futbol üzrə Azərbaycan millisi ilə müqaviləsi başa çatan Robert Prosineçki Türkiyədə çalışa bilər. Xorvatiyalı mütəxəssis Superliqa klubunun maraq dairəsindədir.  

Türkiyə mətbuatının yaydığı xəbərə görə,  48 yaşlı çalışdırıcı "Trabzonspor" klubunun "sükanı arxası"na keçə bilər. Trabzon təmsilçisi VIII turda "Akhisar"a biabırçı məğlubiyyətdən sonra (6:1) baş məşqçisi Ərsun Yanalla yollarını ayırıb. Hazırda həmin posta namizədlər arasında Prosineçkinin də adı var.

Çalışdırıcının xidmətində Bosniya və Herseqovina və Avstriya Futbol Federasiyalarının maraqlı olduğu bildirilir.

Qeyd edək ki, xorvat mütəxəssis 2012/13 mövsümündə Türkiyənin "Kayserispor" klubunu çalışdırıb.