Əliyar Ağayev Avroliqanın qrup oyununda

zərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. Avropa Liqasının L qrupu çərçivəsində oktyabrın 19-da keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.