"Atletiko"nun canlı əfsanəsi "Qarabağ"la oyunu izləməyə gəldi

“Bakı”nın sabiq baş məşqçisi, Madrid “Atletiko”sunun canlı əfsanəsi Milinko Pantiç yenidən Bakıya gəlib. O, dünən gecə paytaxtımıza təşrif buyurub. Pantiçi hava limanın “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov qarşılayıb.

Pantiçin Bakıda olduğu “Bakı”nın prezidenti Hafiz Məmmədovla da görüşəcəyi gözlənilir.  

Qeyd edək ki, Milinko Pantiç Bakıya oktyabrın 18-də keçiriləcək "Atletiko" - "Qarabağ" oyununu izləmək üçün gəlib.