“Qarabağ”dan azarkeşlərə jest

“Qarabağ” oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Bakı Olimpiya Stadionunda Madrid “Atletiko”sunu qəbul edəcək.

Azarkeşlərin bu matça rahat gəliş-gedişini təmin etmək üçün ictimai dayanacaq Ağdam klubu tərəfindən azarkeşlərin xidmətində olacaq. Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl - saat 17:00-dan etibarən istifadə edə bilər.

Qeyd edək ki, “Qarabağ”ın “Atletiko”yla matçına bilet satışa davam edir. Azarkeşlər sabahdan etibarən biletləri Bakı Olimpiya Stadionun qarşısında yerləşdirilən satış məntəqələrindən də əla edə bilərlər.